BaşlıcaSiyasət

Artak Beqlaryanın Le Figaro-ya müsahibəsi:  “Azərbaycan — COP29-u ev sahibliyi edən cinayətkar dövlətdir”

Dağlıq Qarabağın keçmiş dövlət naziri və İnsan Hüquqları müdafiəçisi Artak Beqlaryan Fransanın tanınmış “Le Figaro” qəzetinə müsahibə verib.

 Müsahibə noyabrın 9-da (COP29-un başlanmasından əvvəl) həm çap, həm də elektron versiyada dərc olunub. Verilən məlumata görə, müsahibənin tərcüməsini Artak Beqlaryanın ofisi yayıb. Müəllif qeyd edir ki, noyabrın ortalarında Bakıda yeni iqlim sammiti açılacaq.

 “Dağlıq Qarabağın keçmiş dövlət naziri Artak Beqlaryan 100,000-dən çox həmyerlisi ilə birlikdə doğma yurdlarından məcburən köçürülüb. O, Prezident Əliyev rejiminə təzyiq göstərməyə çağırır və rejimin ermənilərə qarşı soyqırımı həyata keçirdiyini bildirir. Onun üzündə əziyyətlərin izləri var, lakin səsi qətiyyətlidir” – deyə müəllif qeyd edir.

Müəllif bildirir ki, Artak Beqlaryan sentyabrın 19-da həmyerlisi Qeqam Stepanyanla birlikdə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) şikayət verib.

Onların məqsədi Dağlıq Qarabağda Azərbaycan tərəfindən törədilən cinayətlərlə bağlı istintaqın başlanmasıdır.

“Bu, soyqırımıdır. Yalnız siyasətçilər bu sözdən qaçırlar. Əminəm ki, bir gün bu fakt beynəlxalq ictimaiyyət tərəfindən tanınacaq” – deyə Beqlaryan bildirib.

Jurnalist qeyd edir ki, müsahibənin vaxtı təsadüfi seçilməyib: “Noyabrın 11-də (müsahibə noyabrın 9-da dərc olunub) Bakıda böyük beynəlxalq iqlim sammiti — COP29 açılacaq. Bütün bunlar o vaxt baş verir ki, hələ də Əliyev rejimi tərəfindən saxlanılan azı 23 erməni əsir var” — deyə qəzet qeyd edərək Beqlaryanın əsirlərin sayının əslində 100-ə yaxın olduğunu bildirdiyini əlavə edir. “Çoxlarının sağ olub-olmadığını bilmirik” – deyə Beqlaryan vurğulayıb.

Müəllif Artak Beqlaryanın çətinliklərlə dolu həyat yoluna toxunur. 1988-ci ildə Dağlıq Qarabağın paytaxtı Stepanakert anadan olan Beqlaryan, uşaqlıq xatirələrini, mahnı və şeirləri xatırlayır.

 “Dörd yaşında ikən atası cəbhədə, Azərbaycan əsgərləri tərəfindən öldürüldü. İki il sonra dostları ilə həyətdə oynayarkən mina partlayışı onu kor etdi.

16 yaşında anası ürək tutmasından öldü və o, tamamilə tək qaldı. Bütün bu çətinliklərə baxmayaraq, ona Yerevanda, sonra isə London Universitet Kollecində təhsil almaq nəsib oldu. Orada qalması üçün təklif də almışdı.

 “Amma mən öz xalqıma xidmət etmək üçün vətənə qayıtdım. Bu, mənim həyat missiyamdır və məni evimə gətirib” — deyə Beqlaryan bildirib.

“Le Figaro” jurnalisti qeyd edir ki, o, əvvəlcə İnsan Hüquqları müdafiəçisi, sonra isə Prezident Administrasiyasının rəhbəri və dövlət naziri olub.

Qəzet vurğulayır ki, 2022-ci ilin dekabrında Azərbaycanın Dağlıq Qarabağa qarşı başladığı blokada ilə orada həyat getdikcə dözülməz oldu.

Ərzaq, yağ, taxıl və digər zəruri məhsullar qıtlaşdı. 2023-cü ilin əvvəlində Azərbaycan tərəfindən Ermənistandan elektrik enerjisi və qaz təchizatı da dayandırıldı.

“Həftələrlə mən və həyat yoldaşım çörək yemirdik ki, onu iki qızımıza verək… Qışda gün ərzində yalnız 12-16 saat elektrik enerjimiz olurdu. İnsanlar isitmə imkanından məhrum oldular və məktəblər müvəqqəti olaraq bağlandı. Hətta su təchizatı da problemə çevrildi” — deyə Beqlaryan bildirib.

Məqalədə qeyd olunur ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan ordusu Dağlıq Qarabağa tamamilə daxil olanda, Artak Beqlaryan öyrənir ki, Azərbaycan əsgərləri onu da axtarırmış.

 O, ailəsi ilə birlikdə qaçmağa qərar verir. “Ermənistan sərhədinə qədər təxminən 50 kilometr yol getmək üçün 27 saata yaxın vaxt lazım oldu.

Mən maşından düşmədim, çünki qohumlarım məni həbs edib öldürəcəklərindən qorxurdular” – deyə o, xatırlayır.

Hazırda Artak Beqlaryan Yerevanda qohumlarının yanında qaçqın kimi yaşayır:

“Ailəmizin ehtiyaclarını qarşılamaq üçün qismən işləyirəm. Qalan vaxtımı xalqımın hüquqlarının müdafiəsi uğrunda mübarizəyə həsr edirəm”.

COP29 ərəfəsində Artak Beqlaryan Azərbaycanda saxlanılan bütün erməni əsirlərin azad edilməsini tələb edib. “O, həmçinin istəyir ki, Emmanuel Makron və Fransa hökuməti Beynəlxalq Cinayət Məhkəməsindəki şikayətlərinə dəstək versin.

Fransız vəkillər Katalina de la Sota və Fransua Zimerayın verdiyi bu şikayətin uğur qazanması üçün Rom Statutunu ratifikasiya edən və BCM-in yurisdiksiyasını tanıyan dövlətlərdən ən azı birinin dəstəyini qazanmalıdır.

O, beynəlxalq ictimaiyyətdən bu cinayətlərin təşkilatçılarına qarşı sərt sanksiyaların tətbiq olunacağına da ümid edir” – deyə qəzet yazır.

Beqlaryan qeyd edib ki, “əgər siyasi dəstək sadəcə gözəl sözlər və şəfqət ifadələrindən ibarətdirsə, bu, həqiqi dəstək deyil. Diktatorlar, xüsusilə soyqırımı törədənlər, bəyanatları və sözləri görməzdən gəlirlər”.

“Le Figaro” məqaləni belə yekunlaşdırır ki, bütün çətinliklərə baxmayaraq, keçmiş dövlət naziri ümidini itirmir:

“Uşaqlığımdan çox əziyyətlər çəkmişəm, amma həmişə bu çətinliklərin öhdəsindən gəlməyi bacarmışam. Əgər biz birgə səy göstərsək, bir gün yalnız xalqım üçün deyil, bütün bəşəriyyət üçün sülh və ədalətə nail olacağımıza inanıram”.

Daha çox göstər
Back to top button