BaşlıcaSiyasət

Ermənistan  qarşıdakı aylarda Macarıstanda və Kiprdə səfirliklər  açacaq

Ermənistan gələcək aylarda Macarıstanda və Kiprdə səfirliklər açacaq. Verilən  məlumata görə, bu barədə Xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2025-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirələri zamanı bildirib.

“Ən yaxın aylarda Macarıstanda və Kiprdə səfirliklərin açılacağını görəcəksiniz. Serbiyada artıq idarəmiz var” – deyə Mirzoyan qeyd edib.

O, əlavə edib ki, başqa planlar da var, lakin hazırda onların haqqında danışmağın hələ tez olduğunu düşünür.

Daha çox göstər
Back to top button