Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan hesab edir ki, Yerevan və Bakı sülh sazişi layihəsini konstruktiv atmosferdə müzakirə edir və sülh sazişinin yekun mətninə çox yaxındır.
“Daha bir və ya iki tərtibat qalıb ki, onların üzərində iş daha intensiv, daha konstruktiv atmosferdə davam edir. Ehtiyatlı nikbinliyi ifadə etmək istərdim ki, biz həqiqətən də sülh sazişinin yekun mətninə çox yaxınıq” – deyə Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan bu gün parlamentdə 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı qeyd edib.