BaşlıcaSiyasət

Papikyan: “Hərbi yolla işğal olunmuş ərazilərin məsələsini həll etmək hədəfi qoyulmayıb”

Ermənistan ordusunda aparılan islahatlar, xərclər və investisiyalar bir əsas məqsədə yönəlib:

O da Ermənistan Respublikasının 29,743 kvadrat kilometr suveren ərazisini müdafiə etməyə qadir olan peşəkar, döyüş qabiliyyətli və müasir ordu yaratmaqdır.

Ordunun qarşısında qoyulan yeganə məsələ budur və bunu müqəddəs bir öhdəlik olaraq yerinə yetirməliyik.

 Bu barədə Ermənistanın Müdafiə naziri Suren Papikyan noyabrın 13-də parlamentin  2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

“Ermənistan Respublikasının təxminən 200 kvadrat kilometr işğal olunmuş ərazisi məsələsinə gəlincə, bu məsələni hərbi yolla həll etmək hədəfi qoyulmayıb.

 Çünki sərhədlərin delimitasiyası prosesi bu məsələni sülh və danışıqlar yolu ilə həll etməyə imkan verir. Bu siyasi problemin fonunda Ermənistan ordusunun Ermənistan Respublikasının ərazi bütövlüyünü xarici hücumdan qorumaqdan başqa vəzifəsi yoxdur və olmayacaq” – deyərək nazir qeyd edib.

Daha çox göstər
Back to top button