İranlı ekspertlər Zəngəzur Mis-Molibden Kombinatının (ZMMK) texniki və təhlükəsizlik standartlarını yüksək qiymətləndiriblər, eyni zamanda Azərbaycanın yalan tezislərini təkzib ediblər.
Kombinata baş çəkən İranlı ekspertlər, mədəndəki texniki və təhlükəsizlik standartlarının beynəlxalq standartlara uyğun olduğunu bildiriblər.
Verilən məlumata görə, İran XİN-in siyasi və beynəlxalq tədqiqatlar mərkəzinin Avrasiya tədqiqatları şöbəsinin rəhbəri Əli Beman Əqbalizərç, jurnalistlərlə keçirdiyi brifinqdə Azərbaycanın ZMMK-nın ətraf mühit normalarına riayət etmədiyinə dair iddialarına toxunaraq, kombinatın ərazisində apardıqları tur zamanı ciddi bir problem ilə qarşılaşmadıqlarını qeyd edib.
“Burada bizə təqdim olunanlar, onların bütün beynəlxalq standart və normaya riayət etdiyini göstərir. Düşünürəm ki, ciddi bir problem yoxdur,” – deyə o, bildirib.
Tehran ATU (Allameh Tabataba) Universitetinin müəllimi, beynəlxalq münasibətlər üzrə mütəxəssis Ehsan Movahediyan da vurğulayıb ki, ziyarət etmədən əvvəl də mədəndə ətraf mühit normalarının qorunduğunu eşitmişdilər və ziyarət bunun doğruluğunu təsdiqlədi.
“Şübhəsiz ki, şəxsən ziyarət edəndə və yerində mineralın necə istehsal olunduğunu görəndə, kombinatın çox yüksək normalarla və standartlarla işlədiyini başa düşürük. Təbii ki, burada təhlükəsizlik tədbirləri də tətbiq olunub.
Azərbaycan, mənim fikrimcə, bunu deyir, çünki onlar Fizulinin sakinlərinə su təchiz etmək üçün Quruçaydan istifadə edirlər. Bu halda suyu nədən istifadə etdikləri sualı ortaya çıxır.
Hətta təsəvvür etsək ki, burada hasil olunan molibden o suyu çirkləndirir, düşünürəm ki, belə suallar üçün həll yolları tapıla bilər.
Məsələn, Ermənistan və İran bəzı mədən məsələləri ilə bağlı oxşar problemlər yaşamaqdadırlar və müzakirələrə başlayırlar.
bu məsələləri müzakirə edir və bir həll yolu tapırlar”– deyə Movahediyan əlavə edib.
Onun sözlərinə görə, əgər Azərbaycan bu məsələni həqiqətən də həll etmək istəyirsə, İranın nümunəsindən istifadə edərək Ermənistanla dialoqa girə bilərdi və problemi böyütmədən həll yolları tapa bilərdi.
“Amma, ümumilikdə, Azərbaycan başqa məqsədlər güdür. Onu xəbərdar etmək lazımdır ki, çox şey dəyişib və o, çox səhvlər edir, məsələn, Kapan hava limanına atəş açmaq kimi bir səhv edir ki, bu isə beynəlxalq hüquqa uyğun deyil” – deyə Movahediyan yekunlaşdırıb.
Zəngəzur Mis-Molibden Kombinatının mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Arayik Margaryan isə kombinatın bütün ətraf mühit normalarına riayət edərək işlədiyini təsdiqləyib. “Bütün istiqamətlərdə investisiyalar yatırılır; toz idarəetmə proqramı çərçivəsində investisiyalar edilmiş və yeni avadanlıqlar alınmışdır, bu da gələcəkdə davam edəcəkdir.
Ekoloji problem, hər zaman olduğu kimi, Azərbaycan tərəfindən şişirdilir. İnsanların hər hansı fəaliyyətinin, əlbəttə ki, təbiətə bir yükü var.
Aydındır ki, mədənçilik müəyyən dərəcədə təbiətə təsir edir, amma bu təsiri azaltmaq üçün bu şirkət böyük işlər görür.
İndi quyuların idarə edilməsi işlərində yeni texnologiyalar tətbiq olunur, seysmik təhlükəsizlikdən tutmuş meteoroloji proqnozların təbiətə təsirini yoxlamağa qədər”– deyə Margaryan izah edib.
O, vurğulayıb ki, 70 ildir ki, kombinat fəaliyyətini davam etdirir, buna baxmayaraq, indiki dövrdə də Syunik bölgəsi, xüsusən də Kapan-Kajaran hissəsi, Ermənistanın təbiətinin ən cazibədar və maraqlı yerlərindən biri olaraq qalır.
“Əgər bu şirkət, qonşu ölkə tərəfindən təqdim edildiyi kimi, təbiətə katastrofik bir təsir göstərirsə, ən azından burada bir çöl, boş bir ərazi görməli idik.
Amma, gördüyünüz kimi, ən meşəlik ərazi Syunik bölgəsinin xüsusən Kapan-Kacaran yol hissəsdir”– deyə Margaryan yekunlaşdırıb.
İctimai əlaqələr və informasiya mərkəzinin “Orbeli” mərkəzi tərəfindən 5-7 noyabr tarixlərində təşkil edilən “Ermənistan-İran. Əməkdaşlıq və perspektivlər” mövzusunda ekspertlərin üç günlük işgüzar forumu çərçivəsində iranlı ekspertlər Zəngəzur Mis-Molibden Kombinatında olmuş, burada sənaye dövrü ilə tanış olmuş, açıq mədənə və mineralın iri parçalanma sahəsinə baş çəkmişlər.
Ziyarət müddətində qonaqlar mədənlərin istismarının texniki və təhlükəsizlik yüksək standartlarının şahidi olubla.
Beləliklə, İranlı mütəxəssislərin qiymətləndirmələri Azərbaycanın yalan iddialarını təkzib edərək, ZMMK-nin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini vurğuladı.