Başlıcaİdman

Armen Melikbekyan FIFA-nın prezidenti ilə görüşüb

Ermənistan Futbol Federasiyasının rəhbəri Armen Melikbekyan FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.

Jurnalist xəbər verir ki, bu barədə İnfantino sosial şəbəkələrdəki səhifəsində yazıb:

“Ermənistan Futbol Federasiyasının rəhbəri   Armen Melikbekyanı Cüriхdə, FIFA-nın mərkəzi idarəsində  qəbul etməkdən çox məmnun oldum.

Futbolun inkişaf layihələrinin gedişatını və gələcək planları müzakirə etdik. Prezident Melikbekyanın rəhbərliyi altında futbol Ermənistanda ardıcıl inkişaf edir.

FIFA və HFF müxtəlif təşəbbüslər çərçivəsində əməkdaşlıq edir. Ermənistanda hər kəsə uğurlar arzulayıram və əminəm ki, orada futbolun gələcəyi parlaqdır” – deyə İnfantino qeyd edib.

Daha çox göstər
Back to top button