BaşlıcaBeynəlxalq

Azərbaycan prokurorluğu Ruben Vardanyanın beynəlxalq vəkilinə Bakıya səfər etməyə icazə verməyib

“Azadlıq”radiosunun Azərbaycan xidmətində Ruben Vardanyanın ailəsinin beynəlxalq hüquq məsləhətçisi, amerikalı məşhur hüquqşünas Jared Genserlə müsahibə yayımlanıb.

Hüquqşünas, hökumətyönlü suallara baxmayaraq, müsahibə zamanı bir sıra vacib mesajlar verib.

Jurnalistin, Ruben Vardanyanın beynəlxalq hüquq komandası tərəfindən BMT-nin İşgəncələr üzrə Xüsusi Məruzəçisinə təcili müraciətin hansı faktlar və sübutlara əsaslanaraq təqdim edildiyi barədə sualına cavab verən Jared Genser bildirib ki, BMT-nin məruzəçisinə ünvanlanan 20 səhifəlik məktub ictimaiyyət üçün açıqdır və hər kəs onunla tanış ola bilər.

 Azərbaycan hökumətinin işgəncələrlə bağlı iddiaları təkzib etməsinə gəldikdə, hüquqşünas vurğulayıb ki, hökumət yalan danışır.

“Azərbaycan hökuməti təkcə öz adından deyil, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) adından bəyan edir ki, Ruben Vardanyan işgəncəyə məruz qalmayıb.

 Bu, mütləq yalandır. Yalandır, çünki BQXK dünyanın hər yerində eyni prinsip əsasında işləyir: heç vaxt nə ictimai, nə də məxfi şəkildə təsdiqləmir ki, bir şəxs işgəncəyə məruz qalıb və ya qalmayıb.

Bu, onların müvafiq ölkəyə girişini təmin edən yeganə üsuldur.

Mənim hüquqşünaslıq fəaliyyətimdə 50-dən çox siyasi məhbus işi olub və mən heç vaxt BQXK tərəfindən belə bir bəyanat görməmişəm.

Əgər Ruben Vardanyan həqiqətən işgəncəyə məruz qalmayıbsa, onların gizlədəcək heç nəyi yoxdur. Lakin onlar Komitənin adından saxta məlumat yayırlar”– deyə hüquqşünas bildirib.

Jared Genser qeyd edib ki, müdafiə etdiyi Ruben Vardanyanla heç bir əlaqə qurmaq imkanı yoxdur.

“Mən məmnuniyyətlə Azərbaycanın hökumətinə sual verərdim: niyə vəkil Jared Genserə Azərbaycana səfər etməyə və Ruben Vardanyanla şəxsən görüşməyə icazə verilmir?

Mənə Azərbaycana gəlməyə icazə verilmir və bununla müdafiə etdiyim şəxslə görüşmək hüququm pozulur.

Halbuki, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt deyir ki, saxlanılan şəxs vəkil seçmək hüququna malikdir.

Ruben Vardanyan məni beynəlxalq hüquqşünas kimi seçib, lakin mənim Azərbaycana səfər etməyimə icazə verilmir, bununla da onun hüquqları da pozulur” – deyə Genser qeyd edib.

Jurnalistin, onun Bakıya girişinə kim tərəfindən qadağa qoyulması barədə sualına Genser cavab verib: “Biz prokurorluğa müraciət edib icazə istəmişdik. Lakin bizim müraciətimiz rədd edildi”- deyə Jared Genser qeyd edib.

Daha çox göstər
Back to top button