RF Kənd təsərrüfatı naziri Oksana Lut Ermənistana işgüzar səfəri zamanı bəyan edib ki, ölkələr arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsi durmadan artır. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“Eyni zamanda, Rusiya Ermənistan bazarına ərzaq tədarükünün artırılmasında maraqlıdır.
Buğda, qənnadı məmulatları, günəbaxan yağı, marqarin, qarğıdalı, şəkər və bir sıra digər məhsulların yaxşı ixrac potensialı var.
Biz yerli toxumların, baytarlıq dərmanlarının və peyvəndlərin tədarükünü artırmağa, həmçinin genetika sahəsində birgə işləməyə hazırıq” – deyə rusiyalı nazir qeyd edib.