BaşlıcaSiyasət

ER XİN-in “Azərbaycan Yerevanı” tədbirinin keçirilməsi ilə bağlı açıqlaması

Son günlər Bakıda COP29 çərçivəsində Heydər Əliyev Fondunun himayəsi altında “Azərbaycan Yerevanı” tədbirinin təşkil edildiyi barədə məlumat vermişdik.

Azərbaycan mətbuatında “Qərbi Azərbaycan” termininin istifadəsi ilə “materiallar” təqdim edən sərgi haqqında da yayımlar var. Bu mövzuda Factor.am, rəsmi Yerevanın hər hansı bir reaksiyası və ya mövqeyi olub-olmadığını öyrənməyə çalışıb.

Ermənistan Xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan, sualı şərh edərək qeyd edib:

“Daha öncə rəsmi mövqelərimizdə bəyan etdiyimiz kimi, Ermənistan Respublikası qonşu dövlətin ərazi iddialarını nəzərdə tutan bu cür saxta narrativləri qətiyyətlə rədd edir”.

Mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button