Azərbaycan avtoritarizmi rus imperializminin Qafqazdakı əsas sütunudur: Həbsdə olan keçmiş diplomat
Keçən həftə Bakı Xətai Rayon Məhkəməsində keçmiş diplomat Emin İbrahimov haqqında həbs qətimkan tədbirinin uzadılması haqda çıxarılmış qərardan apelyasiya şikayəti verilmişdi.
Onun vəkili Aqil Layıc bildirib ki, Emin İbrahimovun həbsdə saxlanması üçün heç bir əsas yoxdur. Onun sözlərinə görə, hadisə yerində olan müşahidə kameralarından aydın olur ki, Emin İbrahimov heç kimi bıçaqlamayıb.
Bu barədə infoteka24.ru MeydanTV-ə isinadən bildirib.
Emin İbrahimov özü də şərlənərək həbs edildiyini deyib. O bildirib ki, Rusiya imperializminin Azərbaycanı əsarətdə saxlamasına qarşı mübarizə aparırdı. Azərbaycan hakimiyyətinin də ölkəni Rusiyanın əsarətinə verməsinə qarşı çıxırdı. Bunu tənqid edirdi. Elə bu mübarizəsinə görə də şərlənərək həbs edilib:
“Mənim həbsim, bu şər ilk növbədə Azərbaycan diktaturasının və onun şəriki olan Rusiya imperiyasının maraqlarına xidmət edir. Bu gün Azərbaycan avtoritarizmi və diktaturası rus imperializminin Qafqazdakı əsas sütunudur. Bu korrupsiyalaşmış diktaturanın əsas dəstəkçisi də Rusiyadır. Bu siyasəti ört-basdır eləmək, “uğurlu xarici siyasət görüntüsü” yaratmaq üçün trol ordusu saxlayırlar. Kimsə həqiqəti deyəndə də bunu təhdid görürlər, qorxurlar”.
Emin İbrahimov 2023-cü ilin sentyabrında Əliyev rejimini Dağlıq Qarabağda bir günlük müharibəyə görə kəskin tənqid etdiyinə görə həbs edilib. İbrahimov hesab edirdi ki, Rusiya Azərbaycanı bütövlükdə almaq üçün Dağlıq Qarabağ Respublikasını Əliyevə verir.