Noyabrın 28-də hökümətin iclasında Ermənistan və Avropa Komissiyası arasında “Ermənistanda nüvə təhlükəsizliyi, radiasiyadan mühafizə və radioaktiv tullantıların idarə olunması infrastrukturunun gücləndirilməsi” maliyyələşdirmə sazişini təsdiqləyib.
ER Nüvə Təhlükəsizliyi Tənzimləmə Komitəsinin vəzifələrindən biri ER-Aİ Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinə (CEPA) uyğun olaraq nüvə və radioloji təhlükəsizlik tənzimlənməsi infrastrukturunu Aİ direktivlərinə yaxınlaşdırmaqdır.
Sözügedən saziş çərçivəsində, həmçinin Atom Elektrik Stansiyasının 2-ci enerji blokunun dövri təhlükəsizlik yoxlamasının nəzərdən keçirilməsində (PSR) ER Nüvə Tənzimləmə Orqanının və Texniki Dəstək Mərkəzinin imkanlarını inkişaf etdirmək olan proqramın həyata keçirilməsi də planlaşdırılır.
Sazişdə nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi üçün Aİ-nin ER-yə göstərdiyi yardımın maksimal məbləği 12 milyon 900 min avro təşkil edir.