Başlıcaİctimaiyyət

COP-29-da etiraz aksiyası keçirən fəalın Azərbaycandan çıxışına qadağa qoyulub

Heyvan hüquqları müdafiəçisi Kamran Məmmədlinin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə Turan-a o, özü bildirib. Dekabrın 2-də səhər o, Tbilisiyə gedə bilməyib.

“Pasport yoxlanışında əməkdaş pasportuma baxdı. Sonra kiməsə zəng etdi. Bir müddət sonra mənə dedilər ki, DİN ölkədən çıxışıma qadağa qoyub. Səbəbi haqqında mənə heç nə demədilər”, deyə Məmmədli qeyd edib.

O, hesab edir ki, qadağa onun Bakıda COP29-da küçə itlərinin öldürülməsinə etiraz əlaməti olaraq keçirdiyi aksiya ilə əlaqədardır. Məmmədli qeyd edib ki, iyulda xaricə gedib və Azərbaycana qayıdıb və heç bir problemi yaranmayıb.

O deyib ki, izahat üçün DİN-ə müraciət edəcək.

Qeyd edək ki, 15 noyabr tarixində Məmmədli COP29 məkanında küçə itlərinin öldürülməsinə qarşı etiraz aksiyası keçirib. O, aksiya yerində saxlanılıb və bir neçə saat sonra sərbəst buraxılıb.

Daha çox göstər
Back to top button