BaşlıcaSiyasət

Hazırda Ermənistanın beynəlxalq məhkəmələrdən Azərbaycana qarşı iddialarını geri götürmək qərarı yoxdur: Yeqişe Kirakosyan

Hazırda Ermənistanın beynəlxalq məhkəmələrdən Azərbaycana qarşı iddialarını geri götürmək qərarı yoxdur. Bunu Ermənistanın beynəlxalq hüququ üzrə nü ayəndəsi Yeqişe Kirakosyan bildirib.

“Hazırda belə bir məsələ yoxdur. İddialarımızın araşdırılması davam edir, iddiaların araşdırılmasını təmin etmək üçün zəruri olan prosessual addımlar davam edir”, – Kirakosyan bildirib.

Kirakosyan onu da xatırladıb ki, hazırda Azərbaycanın iki beynəlxalq məhkəmədə AİHM, Beynəlxalq Ədalət məhkəməsində Ermənistanla bağlı iddiaları var.

Həmçinin arbitraj prosesi də var. 

“Hələlik Azərbaycan yeni iddia irəli sürməyib”, – Kirakosyan bildirib.

Daha çox göstər
Back to top button