BaşlıcaSiyasət

Ermənistan heç vaxt KTMT-dən real dəstək almayıb: XİN başçısı

Ermənistan heç vaxt KTMT-dən real dəstək almayıb. Bunu Ermənistan Respublikasının Xarici İşlər Naziri Ararat Mirzoyan Finlandiyaya səfəri çərçivəsində yerli “Lännen Media”-ya müahibəsində bildirib.

XİN başçısı qeyd edib ki, rəsmi olaraq Ermənistan hələ də KTMT-nin bir hissəsidir, lakin Ermənistan təşkilatın fəaliyyətində iştirakını dayandırdığını elan etmişdir.

O qeyd edib ki, onilliklər ərzində biz hərbi cəhətdən bu hərbi ittifaqda olduğunu düşünüblər.

“Çünki bizim ümumi təhdidlərimiz var idi, Ermənistan Respublikasının ərazi bütövlüyü və müstəqilliyinə qarşı mümkün təcavüzlə bağlı bəzi narahatlıqlarımız var idi.

Təəssüf ki, biz son illərdə bir neçə hücum gördük və beynəlxalq səviyyədə tanınan sərhədlərimiz pozuldu. Bu baş verəndə biz heç vaxt real dəstək almadıq, belə öhdəlikləri olan müttəfiqlər bir-birlərinə kömək etməlidirlər, hərbi ittifaq məhz budur.

Bu laqeyd münasibət çox böyük məyusluq yaradıb. Biz büyük bir prosesin içindəyik. Mən bu prosesin bizi hara aparacağını təxmin edə bilmərəm, amma deyə bilərəm ki, biz avropalı tərəfdaşlarımızla münasibətlərimizi daha da dərinləşdiririk. Söz iqtisadiyyatdan, iqtisadi dayanıqlıqdan, eləcə də siyasi dialoqdan və qarşılıqlı anlaşmadan gedir.

Bizim Aİ ilə siyasi və təhlükəsizlik dialoq formatımız var. Aİ missiyası Ermənistanda yerləşir və Ermənistan və Azərbaycan sərhədinə nəzarət edir. Bir neçə il əvvəl bu hadisələri təsəvvür etmək mümkün deyildi”, – Mirzoyan deyib.

Daha çox göstər
Back to top button