Başlıcaİctimaiyyət

Blinken Bakı rejiminin jurnalistləri və fəalları həbsdən azad etməsini tələb edir

ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycanda Vətəndaş Cəmiyyəti və mediaya qarşı təzyiqlərin gücləndirlməsi ilə bağlı bəyanatla çıxış edib, Turan agentliyi yazır.

“Birləşmiş Ştatlar Azərbaycan hökumətini insan haqları sahəsində fəaliyyətlərinə görə həbs edilən Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, bir müddət əvvəl Meydan TV-nin həbsdə olan əməkdaşları və bir çox başqalarını dərhal azad etməyə çağırır. Birləşmiş Ştatlar təkcə bu həbslərdən deyil, Azərbaycanda vətəndaş cəmiyyətinə və mediaya qarşı artan təzyiqlərdən dərin narahatdır”, ABŞ Dövlət katibinin mətbuat üçün bəyanatında deyilir.

O bildirir ki, həbs edilənlərdən iki nəfəri insan haqlarını müdafiə etdikləri üçün bu həftə Vaşinqtonda olmalı idi.

“Biz Azərbaycan hökumətini insan haqları naminə müdafiə etdiklərinə görə haqsız yerə həbs edilənləri azad etməyə, vətəndaş cəmiyyətinə qarşı təzyiqləri dayandırmağa, hamının insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə və ATƏT-ə daxil olarkən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq”, sənəddə qeyd edilir.

Daha çox göstər
Back to top button