“Azərbaycan Siyasi Məhbusların Azadlıq Birliyi” 331 nəfərin adının yer aldığı siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb.
Factor.am Azərbaycan mətbuatına istinadən yazır ki, ev dustaqlığında olan əlil Famil Xəlilov, həmçinin 3 nəfər əvvəlki siyahıdan çıxarılıb. Siyahı 17 yeni adı ilə genişlənib.
Onların arasında Meydan TV-nin jurnalistləri və onlarla birlikdə həbs olunanlar var. Rportyor Ramin Deko, Ülvi Tairov,Rüfət Səfərov, Azər Qasımlı, Söyüdlü kənd sakini Coşqun Musayevin də adı bu siyahıdadır.
331 siyasi məhbus 11 qrupa bölünüb. “Jurnalistlər və bloqqerlər” qrupunda 25 nəfər, “Hüquq müdafiəçiləri” hissəsində 4 nəfər, “Müxalifət partiyaları və vətəndaş cəmiyyəti” hissəsində 30 nəfər, “Milli azlıq fəalları” qrupunda 3 nəfər, “Söyüdlü kəndi işi üzrə” məhkum olunmuşlar qrupunda 2 nəfər, “Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər” qrupunda 5, “ Tərtər işi üzrə məhkum olunlar” qrupunda 4 nəfər, “Gəncə işi” üzrə məhkum olunanlar” qrupunda 12 nəfər, “ömürlük azadlıqdan məhrum edilənlər” qrupunda 11 nəfər var.
Siyahını keçmiş vicdan məhbusları, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov hazırlayıb.