2024-cü ilin birinci yarısında Cənubi Qafqaz iqtisadiyyatı 6,9% artıb. Bu barədə Gürcüstanın Gnomon Wise Araşdırma İnstitutu məlumat yayıb.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bölgədə 4,7 faiz artım qeydə alınıb.
Bu ilin əvvəlində Ermənistan və Azərbaycanda iqtisadi artım sonrakı dövrlə müqayisədə nisbətən yüksək olub. Məsələn, ilin birinci rübündə Ermənistan iqtisadiyyatı 9,2 faiz artıb. Həmin dövrdə Azərbaycanda artım 2,4% olub, birinci rübdə real iqtisadiyyat 4% artıb. 2024-cü ilin birinci rübündə Gürcüstanın iqtisadi artımı 8,7% olub, ikinci rübdə isə təxminən 9,7% sürətlənib.
Bu ilin birinci yarısında Cənubi Qafqazın iqtisadi artımına Ermənistanın töhfəsi 1,2 faiz bəndi, Gürcüstanın 2,4 faiz bəndi, Azərbaycanın isə 3,3 faiz bəndi olub.
Bu dövrdə ilin əvvəlində artım tempi daha yüksək olan Ermənistan iqtisadiyyatı 7% artıb. 2024-cü ilin birinci rübündə Ermənistan iqtisadiyyatı 9,2 faiz artıb ki, bu da ikinci rübdə 6,4 faiz təşkil edib.