BaşlıcaSiyasət

İranın mindən çox yük maşını Türkiyə-Naxicevan sərhədində yerləşən Sədərək keçid məntəqəsindən buraxılmır: Vardan Voskanyan

Bir tərəfdən İran, digər tərəfdən Türkiyə-Azərbaycan ittifaqı arasında nəqliyyat böhranı davam edir.

Bu barədə Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri, iranşünas Vardan Voskanyan Telegram kanalında yazıb.

“İranın mindən çox yük maşınının Türkiyə-Naxicevan sərhədində yerləşən Sədərək keçid məntəqəsindən nəinki buraxılmır, iranlı sürücülərə qarşı da qeyri-insani rəftar edilir.

Problemin texniki xarakter daşıdığı rəsmi şəkildə bildirilsə də, göz qabağındadır ki, biz Türkiyə-Azərbaycan koordinasiyalı anti-İran əməliyyatı ilə məşğul oluruq və bu əməliyyat mahiyyət etibarilə bu ölkəni şimal-qərbdən nəqliyyat blokadasına salmağa hesablanıb.

Bu kontekstdə Ermənistan-İran sərhədi İran üçün şimal-qərbdən yeganə təhlükəsiz və etibarlı nəqliyyat və geosiyasi çıxış yolu kimi daha da böyük əhəmiyyət kəsb edir”.

Daha çox göstər
Back to top button