Amnesty International “Meydan” TV-nin həbs olunmuş jurnalistləri üçün müdafiə kampaniyasına başlayıb
Amnesty International beynəlxalq hüquq- müdafiə təşkilatı Azərbaycanda həbs olunmuş yeddi jurnalistin və media işçisinin azad edilməsi tələbilə kampaniyaya başlayıb.
“Onların qanunsuz saxlanması və həbs edilməsi bir il əvvəl jurnalistlərə və hökumətin tənqidçilərinə qarşı artan repressiyaların bir hissəsi oldu”, – təşkilatın bəyanatında deyilir.
Turan informasiya agentliyi xəbər verir ki, Amnesty International jurnalistlərin dərhal azad edilməsi çağırışı ilə prezident İlham əliyevə məktub göndərilməsinə təşəbbüs göstərib.
“6 dekabr 2024-cü ildə hüquq-mühafizə orqanları “Meydan” TV-nin əməkdaşlarını həbs ediblər”.
Bildirilib ki, Azərbaycanda digər tənqidi səslərə qarşı istifadə olunan ittihamlara bənzər bu ittihamlar uydurma və siyasi motivlidir.
Beynəlxalq kampaniya mart ayına qədər davam edəcək.