Siyasət
Fidan Paşinyanın bəyanatına toxunub
Biz Ermənistanla Azərbaycanın sülh sazişi imzalamasını istəyirik.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O qeyd edib ki, Ermənistanın uzunmüddətli strateji perspektivlə hərəkət edəcəyinə inanır.
“Biz bu baxımdan baş nazir Paşinyanın müsbət mesajlarını vacib hesab edirik. O, sülhün lehinə mövqe bildirir və bu prosesdə müsbət irəliləyişlərə töhfə verir. Biz tərəflər arasında danışıqları dəstəkləməyə davam edirik”, – Türkiyənin XİN rəhbəri bildirib.