BaşlıcaEkonomika

Baş nazir:  “Axurik-Gümrü dəmiryol hissəsinin bərpası tenderi artıq elan edilib”

ER Baş naziri Nikol Paşinyan bildirib ki, hökumət Ermənistanın dəmiryol infrastrukturlarının yaxşılaşdırılması istiqamətində işləri davam etdirir.

 Axurik-Gümrü hissəsinin bərpası proqramı üçün isə artıq tender elan edilibVerilən  məlumata görə, Parlament komitələrinin birgə iclaslarında 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı Baş nazir dəmiryol infrastrukturlarının inkişafının hökumətin diqqəti mərkəzində qalmaqda olduğunu qeyd edib.

“Onu da demək istəyirəm ki, biz Ermənistanda, ümumilikdə, dəmiryol infrastrukturlarını daha yaxşı vəziyyətə gətirmək istiqamətində işlər aparırıq” – deyə Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, Axurik-Gümrü dəmiryol hissəsinin bərpası proqramının hazırlıq işləri artıq başlayıb. “Hal-hazırda Axurik-Gümrü hissəsinin bərpası ilə bağlı tender də elan edilib ki, bu da dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcək” – deyə o, qeyd edib.

 Paşinyan əlavə edib ki, dəmiryol infrastrukturlarının inkişafı istiqamətində işlər davamlı xarakter daşıyacaq və hökumət beynəlxalq tərəfdaşların cəlb edilməsi ilə də yeni proqramlar həyata keçirməyi planlaşdırır.

“Biz, əlbəttə, gələcəkdə də dəmiryolu ilə bağlı, o cümlədən beynəlxalq tərəfdaşlarla birlikdə müəyyən proqramları həyata keçirəcəyik” – deyə Baş nazir bildirib.

Daha çox göstər
Back to top button