BaşlıcaEkonomika

“Ekspert:  “TRIPP “3+3” regional platformasının effektivliyini dəyişib”

“3+3” formatında Cənubi Qafqaz ölkələrinin Xarici işlər nazirləri səviyyəsində növbəti görüş, çox güman ki, Yerevanda və ya Bakıda baş tutacaq.

Bu haqda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. O, qeyd edib ki, bu istiqamətdə müzakirələr aparılır.

Rus rəsmisi həmçinin Moskvanın Cənubi Qafqazın tam nəqliyyat blokadadan azad edilməsində maraqlı olduğunu vurğulayıb. Moskva Yerevan və Bakıya münasibətlərin nizama salınması prosesində dəstək verir.

Bu barədə  Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirərək 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri arasında əldə edilmiş üçtərəfli razılaşmaları xatırladıb.

 Rus rəsmisi həmçinin regional problemlərin həlli üçün effektiv formatın “3+3” platforması ola biləcəyinə ümid etdiyini bildirib.

“Rusiya, İran, Türkiyə və Ermənistan, Gürcüstan və Azərbaycanı birləşdirən “3+3” regional əməkdaşlıq platformasında böyük potensial var.

Söhbət Cənubi Qafqaz ölkələrindən və onların tarixi qonşularından gedir”. Qaluzinin sözlərinə görə, “3+3” formatında mümkün görüş Yerevanda və ya Bakıda baş tutacaq. Bu istiqamətdə müzakirələr aparılır – deyə Rusiya xarici işlər nazirinin müavini bildirib.

 Qaluzin “3+3” formatının tam fəaliyyəti üçün Rusiyanın regionun nəqliyyat yollarının blokadadan azad edilməsini də dəstəklədiyini aydınlaşdırıb.

Regional məsələlər üzrə ekspert Armen Vardanyan “Radiolur”a müsahibəsində xatırladır ki, “3+3” formatına daxil olan ölkələrdə son illərdə əhəmiyyətli dəyişikliklər baş verib ki, bu da bu formatda müzakirələrin effektivliyini az ehtimal edir.

“Hesab edirəm ki, bu platformanın yaradılmasından sonra regionda bəzi ölkələrin prioritetlərini dəyişən hadisələr baş verib. O zaman regiondan kənar üç ölkə – Rusiya, Türkiyə və İran Qərbin regionda az təmsil olunmasına çalışırdı, yəni onu regiondan sıxışdırıb çıxarmağa cəhd edirdilər.

 Keçən il avqustda Vaşinqtonda imzalanmış sənədlər vəziyyəti dəyişib. Məsələn, Türkiyə öz mövqeyini dəyişib və TRIPP-dən məmnundur ki, bu da Türkiyə ilə Azərbaycanı qısa yolla – avtomobil və dəmiryolu ilə birləşdirməyə imkan verir və bəzi məsələlərdə Türkiyə, Rusiya və İran diametral şəkildə ziddiyyətli mövqelərə sahib ola bilərlər”.

 Regional “3+3” platformasının formalaşdırılması təşəbbüsü Türkiyəyə məxsusdur və o, bu barədə 2020-ci ilin 44 günlük müharibəsindən sonra danışıb.

 Bu, üç Cənubi qafqazlı ölkənin – Ermənistan, Gürcüstan və Azərbaycanın, habelə regionun üç böyük dövlətinin – Rusiya, Türkiyə və İranın iştirakını nəzərdə tutur.

Gürcüstan indiyədək “3+3” formatında görüşlərdən imtina edərək bunu Rusiya ilə ziddiyyətləri ilə əsaslandırıb. Bu platformanın ilk iclası 2021-ci ildə Moskvada Xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib.

2023-cü ildə Tehranda baş tutan görüşdə beş ölkənin nazirləri iştirak edib. “Əvvəllər “3+3” formatı iştirakçılarının əsas gözləntisi regionda Qərbin təmsil olunmasını zəiflətmək idi.

Təsadüfi deyil ki, Azərbaycanın prezidenti deyirdi bu regiona başqa ölkələrdən oyunçular gətirmək lazım deyil, bu regionun ölkələri öz məsələlərini özləri həll edə bilərlər.

Bu fikirləri Moskva da təkrarlayırdı. İndi Türkiyə müəyyən qədər fikrini dəyişib, TRIPP layihəsinin reallaşmasına meyllidir. Ola bilsin ki, bu məsələdə Türkiyə ilə İran, eləcə də Türkiyə ilə Rusiya arasında fikir ayrılıqları olsun.

Ona görə də bu “3+3” formatının uzun ömrü olmayacaq”. Ekspert yanaşmaların fərqliliyi səbəbindən “3+3” formatının uzun ömrü olmayacağına əmindir.

Daha çox göstər
Back to top button