
Daha bir tranzit yükü Rusiyadan Ermənistana dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən keçərək daşınacaq. APA agentliyinin yaydığı məlumata görə, 9 iyun tarixində “Biləcəri” stansiyasından ümumi çəkisi 828 ton olan 12 vaqon gübrə və ümumi çəkisi 414 ton olan 6 vaqon antrasit (kömür növü) göndəriləcək.
Bu günə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən keçməklə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 tondan çox alüminium və 68 ton qarabaşaq yarması daşınıb.







