BaşlıcaSiyasət

Türkiyə XİN Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı bəyanat yayıb

Türkiyənin Xarici işlər nazirliyi 2026-cı il iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin “dinc və sakit atmosferdə”  keçdiyini alqışlayıb.

“Biz ümid edirik ki, seçkidən sonrakı dövrdə Ermənistan regionda sülhün təmin edilməsi və vəziyyətin nizama salınması istiqamətində daha cəsarətli addımlar atacaq.

Türkiyə, bundan əvvəl olduğu kimi, regionun ölkələrinin ümumi maraqlarını rəhbər tutaraq, regional sabitlik və rifah işində öz töhfəsini verməyə davam edəcək” – deyə  Türkiyə XİN-in bəyanatında deyilir.

Ərdoğan Türkiyə Erməni Patriarxı Saxaş arxiyepiskop Maşalyanla görüşüb

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Erməni Patriarxı Saxaş arxiyepiskop Maşalyanla görüşüb.

Görüşdə hakim “Ədalət və İnkişaf” partiyasından Türkiyə Böyük Millət Məclisinin (parlamentin) İstanbul deputatı Sevan Sıvacıoğlu da iştirak edib.

Daha çox göstər
Back to top button