BaşlıcaMədəniyyət

Ermənilərin “kürəkəni” Donald Uilson Buş xristianları və erməniləri birləşdirmək üçün müqəddəs ölkədən qlobal kampaniyaya başlayır

Vudro Vilson İrsi Fondu, Erməni Milli Assosiasiyasının sədri və HYECoin Inc şirkətinin həmtəsisçisi və İdarə Heyətinin sədri Donald Uilson Buş Erməni Soyqırımının anılması mövzusunda çıxış etmək üçün Yerusəlimin Erməni Patriarxlığı tərəfindən Qüdsə dəvət olunub.

Patriarxlığa səfəri zamanı Buş və ailəsi bir sıra xristian ziyarətgahlarını görmək üçün Yerusəlimdən Yaffaya və şərqə getdilər.

Onları Qüds Patriarxlığının Müqəddəs Yaqub qardaşlığından olan Tiran Hakobyan müşayiət edirdi. Tiran Hakobyan, həm də uşaqların xaç atası oldu.

“Donald Vilson Buş erməni icması üçün nadir hədiyyədir. Və biz ona göstərdiyi sevgi və qayğıya görə minnətdarıq. O, bizimlə birlikdə erməni mədəniyyətini, tarixini, irsini, sevimli vətənimizi qoruyub saxlamağa çalışır”, – deyən Tiran Hakobyan qeyd edib.

“Erməni xalqının Qərb xristianlığının banisi kimi tarixdə özünəməxsus mövqeyi və rolu var. Mənim erməni ailəm birinci əsrdən bəri xristianlığın işığını parlaq saxlamaq ideyasına sadiqdir”- deyə Buş qeyd edib.

Yeri gəlmişkən, Donald Uilson Buş Erməni Milli Assosiasiyası və HYECoin, Inc vasitəsilə bütün xristianları, bütün dünyada erməniləri birləşdirməyə çalışır.

Buşun məqsədi hər yerdə ermənilərin hüquqlarını müdafiə etmək, onları birləşdirmək və onların dünyada ilk xristian xalqı kimi tanınması üçün əlindən gələni etməkdir.

Daha çox göstər
Back to top button