
Avropa Şurasının Təhlükəsizlik və Siyasi Məsələlər Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda işgüzar səfərdə olacaqlar.
Yerevanda Aİ-nin müşahidə missiyasının ofisində görüşlər planlaşdırılır.
Səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında təsəvvür əldə etməkdir. Nümayəndə heyəti Gürcüstan və Azərbaycana da səfər edəcək.
Avropa Şurasının Təhlükəsizlik və Siyasi Məsələlər Komitəsi İttifaqın üzv dövlətlərinin Avropa İttifaqındakı səfirlərindən ibarətdir. Komitənin əsas məsuliyyət sahələri Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasəti və ümumi təhlükəsizlik və müdafiə siyasətidir.
Əsas funksiyalar arasında beynəlxalq vəziyyətin monitorinqi, Avropa Şurasına strateji yanaşmaların təklif edilməsi, həmçinin böhranın idarə olunması əməliyyatlarına siyasi nəzarətin təmin edilməsi daxildir.







