
“Avropalılar Artsax naminə” platforması Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Entoni Blinkenin Aprelin 5-də Brüsseldə planlaşdırılmış birgə görüşün ərəfəsində Dağlıq Qarabağdan məcburi köçürülmüş ermənilərin mənzillə təmin edilməsi məsələsini qaldıraraq Avropa Birliyinin rəhbərliyinə məktubla müraciət edib. Bu barədə “Avropalılar Artsax naminə” təşəbbüsü məlumat verib.
Məktubda xüsusilə deyilir ki, “Biz AB vətəndaşı olaraq AB rəhbərliyinə Artsaxdan məcburi köçürülmüş erməni əhalisini Artsaxa kollektiv şəkildə qayıtmasını təmin edəcək beynəlxalq müdafiə mexanizmlərinin təminatına qədər Ermənistan Respublikasında layəqətli mənzil şəraiti ilə təmin etmək üçün maliyyə vəsaiti ayrılmağa müraciət edirik. Platforma 1988-ci ildə Ermənistandakı zəlzələdən sonra beynəlxalq mənzil tikintisi layihələri ilə paralellər apararaq həmçinin təklif edir ki, oxşar təşəbbüslər min illik mədəniyyətin məhv edilməsinin qarşısını alaraq orta müddətli həlli təmin edə bilərlər.
“Avropalılar Artsax naminə” platforması 2021-ci ildə danışıqlar prosesinə Avropa Şurasının sədri Şarl Mişelin rəhbərlik etdiyi zamanı Avropa Birliyinin Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların əsas vasitəçi kimi rolunu vurğulayır. Məktubda bildirilir ki, AB davamlı olaraq Artsax ermənilərinin insan hüquqlarının müdafiəsinin zəruriliyini qəbul etsə də, hətta Azərbaycanın onları mühasirəyə alıb aclığa məruz qoyanda və hərbi təcavüz həyata keçirəndə belə, AB rəhbərliyi tez-tez Artsax ermənilərinin Azərbaycanda “inteqrasiya”sının vacibliyini vurğulayırdı və bunun tərəfdarı kimi çıxış edirdi.
Platforma “Avropa Parlamentinin Artsaxdakı vəziyyət və fəlakətli nəticələrin riskləri ilə bağlı xəbərdarlıqlarına Avropa Komissiyası və Avropa Şurası tərəfindən məhəl qoyulmamasından dərin narazılığı ifadə edən Avropa Parlamentinin 2023-cü il 5 Oktyabr qətnaməsinə istinad edir. Məktub müəllifləri vurğulayırlar ki, cəzasızlıq Azərbaycanın gələcək destruktiv siyasətini yalnız təşviq edib”.
Məktubda həmçinin vurğulanır ki, “Əgər Rusiya sülhməramlılarının hərəkətsizliyi Azərbaycanın öz ağır cinayətini həyata keçirməsinə imkan veribsə, yuxarıda qeyd olunan səbəblərə görə AB də öz məsuliyyətini daşıyır. Söhbət demokratiya palatası kimi öz rolunu layiqincə yerinə yetirən və vəziyyətlə bağlı ardıcıl olaraq qərəzsiz mövqe tutan Avropa Parlamentindən getmir”.
Etnik təmizləmə nəticəsində on minlərlə məcburi köçkün erməninin Ermənistanda sığınacaq tapdığı qeyd edilir. “Ermənistan hökuməti onların qısamüddətli ehtiyaclarını ödəmək üçün səylər göstərsə də, onlar hələ də layiqli həyatı təmin etmək üçün kifayət etmir. “Avropalılar Artsax naminə” platforması AB tərəfindən Dağlıq Qarabağdan məcburi köçkün düşmüş ermənilərə dəstək üçün humanitar yardımın ayrılmasını minnətdarlıqla qəbul edir. Lakin bu humanitar yardım yalnız qısamüddətli ehtiyacları həll edir. Faktiki olaraq bir neçə min Artsax ermənisi artıq Ermənistan Respublikasını tərk edib və geri qayıtmayıb. Bu əsl fəlakətdir. Vəziyyət belə davam edərsə, zaman keçdikcə Artsax ermənilərinin unikal mədəniyyəti və dialektləri yox olacaq” – deyə məktubda bildirilir.
Sözügedən məktub Avropa Birliyinin rəhbərliyinə, xüsusən də Avropa Şurasının sədri Şarl Mişelə, Avropa Komissiyasının sədri Ursula fon der Layenə, AB Qonşuluq və genişlənmə üzrə komissarı Olivye Varheliyə, AB Xarici və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cozep Borrell, AB-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaar, eləcə də Avropa Parlamentinin sədri Roberta Mezzolaya ünvanlanıb. Məktub həmçinin AB-yə üzv ölkələrin hökumətlərinə, xüsusən də “Avropalılar Artsax naminə” platformasının nümayəndəlik orqanına malik olduğu ölkələrin hökumətlərinə ünvanlanacaq.







