
Baş nazir Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla telefon danışığı aparıb.
Bu barədə ER Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan öz Facebook səhifəsində yazıb.
Ermənistan-Almaniya əməkdaşlığı, ER-AB əlaqələrinin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib.
Söhbət zamanı Ermənistan-Azərbaycan sülh prosesinə toxunulub. Baş nazir Paşinyan qeyd edib ki, Ermənistan 2022-ci il oktyabrın 6-da Praqada, 2023-cü ilin 14 may və 15 iyulunda Brüsseldə, 5 oktyabr 2023-cü ildə Qranadada razılaşdırılmış prinsiplər əsasında qərarlar qəbul etməyə hazırdır.
Baş nazir Paşinyan bu prinsipləri təhrif etmək cəhdini qəbuledilməz hesab edib.
Baş nazir Paşinyan kansler Şolsa Ermənistanda demokratik islahatları dəstəklədiyinə, Ermənistan-Almaniya, Ermənistan-AB əlaqələrinin inkişafına görə təşəkkür edib.







