BaşlıcaSiyasət

Greek Diplomatic Life ER baş nazirin Afinaya və Yunanıstanın müdafiə nazirinin Yerevana səfərlərinə toxunub

 “Greek Diplomatic Life” jurnalının Mart sayında ER Baş naziri Nikol Paşinyanın Yunanıstanın Baş naziri Kiryakos Mitsotakisin dəvəti ilə Fevralın 27-də Afinada işgüzar səfəri və görüşlərinə həsr olunmuş geniş məqalə dərc olunub. Məqalə “Yunanıstan və Ermənistan əməkdaşlığını genişləndirir” adlanır.

Ermənistanın Yunanıstandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib ki, həmin nömrədə həmçinin Yunanıstanın milli müdafiə naziri Nikos Dendiasın Martın 4-də Ermənistana rəsmi səfəri və görüşləri ilə bağlı geniş məqalə dərc olunub.

Mənbənin məlumatına görə, ingilis dilində çap olunan “Green Diplomatic Life” jurnalı 1978-ci ildən nəşr olunur və Yunanıstanda ayın ən mühüm diplomatik, mədəni, iqtisadi və sosial hadisələrini təqdim edir. O, Yunanıstanın dövlət qurumlarında, elmi tədqiqat strukturlarında, həmçinin diplomatik korpus çərçivəsində yayılır.

Daha çox göstər
Back to top button