BaşlıcaSiyasət

Marta Kos Paşinyanı təbrik edib və ER-AB işçi qrupunun fəaliyyətə başladığını elan edib

Avropa Birliyinin Genişlənmə üzrə Komissarı Marta Kos Ermənistanın Baş naziri Nikol Paşinyana parlament seçkilərində “Mülki müqaviləsi” partiyasının qələbəsi münasibətilə təbrik mesajı göndərib. “Armenpress”-in məlumatına görə, AB komissarı bunu özünün X mikrobloqundakı paylaşımda qeyd edib.

“Sizi Ermənistan seçkilərindəki uğurunuz münasibətilə təbrik edirəm. Rusiyanın geniş yayılmış təzyiqi və müdaxiləsi qarşısında bu qələbə ermənilərin güclü, suveren və müstəqil Ermənistana sahib olmaq seçimini bir daha təsdiqləyir”, – deyə Kos Paşinyana müraciət edərək yazıb.

O, mümkün qədər tez Ermənistana səfər edəcəyini bildirib: “Avropanın Ermənistanla həmrəyliyi qüvvədədir. Bu gün biz həmçinin tərəfdaşlığımızı dərinləşdirmək üçün yeni AB-Ermənistan işçi qrupunda işə başlayacağıq”.

Daha çox göstər
Back to top button