BaşlıcaEkonomika

Samvel Martirosyan: “Bu tranzit Azərbaycana lazımdır, o, bizdən asılı vəziyyətə düşür”

Optik lifli kabellərlə birbaşa əlaqə Azərbaycana ən azı Ermənistan qədər lazımdır. Sosial şəbəkələrdəki video müraciətində informasiya təhlükəsizliyi eksperti Samvel Martirosyan iki ölkə arasında internet əlaqəsinin tranzitinin qurulması xəbərlərinə toxunaraq bu barədə bildirib.

Erməni tərəfdən əlaqəni “Telecom Armenia” (Team) operatoru təmin edəcək.

Ekspertin sözlərinə görə, əgər dəmir yolu ilə malların tranziti zamanı erməni tərəfi daha çox asılılıq içərisindədirsə, çünki mallar əsasən Ermənistana idxal olunur, buradan ixrac deyil, optik kabellər vəziyyətində mənzərə müəyyən mənada fərqlidir.

Məsələ burasındadır ki, internet tranziti Azərbaycana da lazımdır – Naxicevanla əlaqəni təmin etmək üçün. Ermənistana da öz növbəsində internet əlaqəsinin daha bir ehtiyat marşrutuna sahib olmaq sərfəlidir.

“Ermənistanın ərazisindən Azərbaycanla bağlı iki optik kabel birdən keçəcək. Daha əvvəl “Telecom Armenia” şirkəti artıq bildirmişdi ki, Ermənistanın ərazisindən keçən optik lifli magistral kabellərdə erməni trafiki cəmi 10-15% təşkil edir. Şirkət beynəlxalq trafikin tranziti ilə fəal məşğul olur, xüsusilə də Yaxın Şərq ölkələrindən” – deyə Martirosyan qeyd edib.

İndi, mediaekspertin qeyd etdiyi kimi, Ermənistan Şərq-Qərb tranzit dəhlizində də iştirak edə bilər. “Çünki artıq Qazaxıstan da Ermənistanın ərazisindən trafik keçirməyə başlayacaq” – deyə o aydınlaşdırıb.

Daha çox göstər
Back to top button