Başlıcaİdman

İranın Futbol Yığması soyunub-geyinmə otağında Dünya çempionatına ev sahibliyi edən Los-Ancelesə təşəkkür məktubu qoyub

İranın milli futbol yığması bazar günü Belçika ilə heç-heçədən sonra soyunub-geyinmə otağında Dünya Çempionatına ev sahibliyi edən Los-Anceles şəhəri üçün təşəkkür məktubu qoyub və turnirin növbəti mərhələsinə adlamaq ümidini qoruyub. Bu haqda CNN yazır.

Los-Anceles İranın ilk iki oyununa ev sahibliyi edib, komanda növbəti dəfə Sietlda Misirlə qarşılaşacaq. Səyahət məhdudiyyətlərinə görə İran yığması turnir boyu Meksikanın Tixuana şəhərində yerləşib və oyunlar üçün ABŞ-a səfər edib.

“Min illər əvvəlki Qədim Farsdan tutmuş bugünkü sivil İrana qədər – İran ruhu canlı və sarsılmaz olaraq qalır. Biz Los-Ancelesə qürurla gəldik, şərəflə mübarizə apardıq və ləyaqətlə ayrılırıq.

Ev sahibliyinə görə Los-Ancelesə təşəkkür edirik” – deyə İran Futbol Federasiyası tərəfindən dərc edilmiş əlyazma məktubunda qeyd olunur. Məktubda İran həmçinin öz azarkeşlərinə təşəkkür edib və bütün millətləri “sülhə, hörmətə və dostluğa” çağırıb.

Daha çox göstər
Back to top button