
Ermənistan Respublikasının Xarici işlər nazirinin müavini Vahan Kostanyan AB-nin təşəbbüsü ilə keçirilən “Bağlılıq Gündəliyi Platforması”nın yüksək səviyyəli açılış tədbirində iştirak edib.
Alınan məlumatına görə, bu barədə Ermənistan XİN-dən bildirilib.
Qeyd olunub ki, tədbirdə həmçinin Türkiyə, Ukrayna, Moldova, Qazaxıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Qırğızıstanın nümayəndə heyətləri, eləcə də beynəlxalq maliyyə qurumlarının və Avropa Komissiyasının nümayəndələri iştirak edir.
Qeyd edilir ki, platforma Cənubi Qafqaz, Qara dəniz regionu, Türkiyə və Mərkəzi Asiya ölkələri arasında bağlılıq gündəliyinin möhkəmləndirilməsi və AB-nin “Qlobal Qapılar” strategiyası çərçivəsində regionlararası bağlılıq gündəliyinin irəli sürülməsi məqsədilə yaradılıb.
Konfrans çərçivəsində ER Xİ nazirinin müavini “Xəzərötü nəqliyyat dəhlizinin Qara dəniz və Cənubi Qafqaz regionlarında gələcək perspektivləri: 2030-cu ilə doğru” mövzusunda panel müzakirəsində məruzəçi qismində çıxış edib.
Həmin müzakirədə həmçinin Moldovanın baş nazir müavini, Türkiyənin nəqliyyat və infrastruktur naziri, Ukraynanın icmalar və ərazilərin inkişafı naziri, Dünya Bankının vitse-prezidenti, həmçinin Avropa Komissiyasının mobillik və nəqliyyat üzrə baş direktorunun müavini və şərq qonşuluğu və Türkiyə məsələləri üzrə direktoru iştirak ediblər.
Çıxışında Vahan Kostanyan regional bağlılığın inkişafının və bu kontekstdə qonşu ölkələrlə dialoqun təşviqinin vacibliyini vurğulayaraq qeyd edib ki, bu istiqamətdə həyata keçirilən təşəbbüslər Cənubi Qafqazın Avropa ilə Asiyanı birləşdirən mühüm qovşaq kimi potensialının tam reallaşmasına töhfə verə bilər.
Bu əlaqədar olaraq o, həmçinin Ermənistan-AB tərəfdaşlığının, xüsusilə nəqliyyat, enerji və rəqəmsal bağlılıq sahələrində inkişafını vacib sayıb.
Regional kommunikasiyaların inkişafına toxunan nazir müavini Ermənistan hökumətinin “Sülhün Kəsişməsi” təşəbbüsünü təqdim edib.
O, inklüziv bağlılığın regional əməkdaşlığa, iqtisadi inkişafa və etimadın möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.
Konfransın sonunda Ermənistan ilə Avropa Komissiyası, habelə müvafiq olaraq AYB və AİB arasında ER üç sərhəd keçid məntəqəsi və iki Şimal avtomobil yolu üzrə fizibilite tədqiqatlarına dair tədiqiqatlar məktubları imzalanıb.







