
İyunun 23-də Yerevanda Ermənistan Respublikası ilə İran İslam Respublikasının sərhəd keçid qabiliyyətinin artırılmasına dair məsələlərin müzakirəsi məqsədilə yaradılmış işçi qrupunun iclası keçirilib.
Bu barədə İqtisadiyyat nazirliyindən məlumat verilib.
İclası Ermənistanın İqtisadiyyat nazirinin müavini Edqar Zakaryan və İran İslam Respublikasının Yollar və şəhərsalma nazirinin müavini Rza Əkbəri sədrlik ediblər.
İclasın gündəliyinə yol rüsumları, logistika infrastrukturunun inkişafı, həmçinin sərhəd keçid məntəqələrinin fəaliyyətinə aid məsələlər daxil olub.
Edqar Zakaryan qeyd edib ki, Ermənistan İqtisadiyyat nazirliyi Ermənistan və İran arasında ticarət-iqtisadi əməkdaşlığın davamlı dərinləşməsini və logistika imkanlarının diversifikasiyasını vacib sayır.
Nazir müavini sərhəd infrastrukturunun yenidən təchizatı və müasirləşdirilməsinin qarşılıqlı ticarət dövriyyəsinin artımı üçün əlavə stimul olacağına ümid etdiyini bildirib.
Görüşdə həmçinin Ermənistanda İranın fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami və İranda Ermənistanın ticarət attachesi Hayk Nazaryan iştirak ediblər.







