
Ermənistan Respublikasının İqtisadiyyat naziri Gevorq Papoyan Ermənistan Respublikasında akkreditə olunmuş Avropa Birliyivə AB üzvü ölkələrin diplomatik nümayəndəlik rəhbərlərini və müvəqqəti işlər vəkillərini qəbul edib.
Alınan məlumata görə, bu barədə Ermənistan İqtisadiyyat nazirliyindən bildirilib. Qeyd olunub ki, görüşdə Ermənistanın iqtisadi dayanıqlığının möhkəmləndirilməsi və inkişaf istiqamətləri müzakirə olunub.
İştirakçılar erməni məhsullarının ixrac imkanlarının genişləndirilməsi və ticarətin asanlaşdırılması məsələlərini vacib sayıblar.
Nazir Gevorq Papoyan qeyd edib ki, erməni malları keyfiyyət baxımından Avropa bazarında təklif olunan məhsullardan geri qalmır, ən yüksək standartlara cavab verir və müvafiq “GLOBAL GAP” və bütün digər zəruri sertifikatlara malikdir.
“Biz biznes mühitinin yaxşılaşdırılması və keyfiyyət meyarlarının yüksəldilməsi sahəsində əhəmiyyətli irəliləyiş əldə etmişik. Bu gün bir çox erməni şirkətləri təkcə öz ixracını artırmağa deyil, həm də avropalı alıcılarla uzunmüddətli tərəfdaşlıq münasibətləri qurmağa hazırdır” – deyə nazir bildirib.
Avropa Birliyinə üzv və digər ölkələrə ixraca dəstək proqramlarının gedişinə, mövcud dövlət dəstəyi alətlərinə toxunulub.
Görüşün sonunda nazir səfirlərin suallarını cavablandırıb və sahənin inkişafına yönəlmiş dövlət siyasəti və önəmlikləri təqdim edib.







