BaşlıcaSiyasət

Papikyan “Zar” təhsil mərkəzində  “Qartal tərədaşı-2026” təlimlərinin  gedişatını  müşahidə edib

İyunun 23-də Müdafiə naziri Suren Papikyan Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan, Ermənistanda ABŞ-ın müvəqqəti işlər vəkili Devid Allen, ER-da Fransanın Fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotinyi, Ermənistanda Yunanıstanın Fövqəladə və səlahiyyətli səfiri Xristos Sofianopulos, Kanzas Milli Qvardiyasının Birləşmiş Qərargah rəisi, briqada generalı Ceyson Knobi, Avropada Quru Əməliyyatları Qərargahının rəisi, polkovnik Pol Kurtiu, yüksək rütbəli hərbçilər və Ermənistanda akkreditə olunmuş xarici hərbi attaşelər və nümayəndələrlə birlikdə “Zar” təhsil mərkəzində beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində keçirilən “Qartal Tərəfdaşı-2026” təlimlərinin gedişatını müşahidə edib.

Təlimlərə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, Kanzas Milli Qvardiyasının, Fransa və Yunanıstan silahlı qüvvələrinin hərbi qulluqçuları cəlb olunub.

Qonaqlar təlimin praktiki mərhələsini izləyib, həyata keçirilən tapşırıqlar və beynəlxalq sülhməramlı missiyalara hazırlıq çərçivəsində cəlb olunmuş bölmələrin əməliyyatları ilə tanış olublar.

Daha sonra təlim rəhbərliyi Müdafiə naziri Suren Papikyana və qonaqlara görülən işləri, təlim məqsədlərini və qeydə alınmış nəticələri təqdim edib.

“Qartal Tərəfdaşı-2026” təlimləri çərçivəsində xüsusi diqqət beynəlxalq sülhməramlı missiyalar zamanı tələb olunan peşəkar bacarıqların təkmilləşdirilməsinə, bölmələrin qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılmasına və müxtəlif vəziyyətlərdə sürətli və səmərəli reaksiya vermə qabiliyyətlərinin inkişaf etdirilməsinə yönəldilib.

Daha çox göstər
Back to top button