BaşlıcaSiyasət

Avropa Komissiyası, AİB və ER Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi Anlaşma Memorandumu imzaladılar

 Brüsseldə keçirilən “Əlaqə Gündəliyi Platforması”nın yüksək səviyyəli təqdimat tədbiri çərçivəsində Avropa Komissiyası, Avropa İnvestisiya Bankı (AİB) və ER Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi EPIC (Şərq Tərəfdaşlığı Əlaqəyə İnvestisiya) təşəbbüsü çərçivəsində məsləhət dəstəyinin rəsmi olaraq başladığını qeyd edən Anlaşma Memorandumu imzaladılar. Bu barədə ER Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat verib.

“Təşəbbüs sərhəd keçid məntəqələrini Ermənistan Respublikasının yol şəbəkəsinə birləşdirəcək Axurik-Kayan və Marqara-Kayan strateji yol marşrutlarının hazırlanmasına dəstək verilməsini nəzərdə tutur.

Birinci mərhələdə Avropa İnvestisiya Bankı zəruri tədqiqatların əhatə dairəsini müəyyən etmək və qeyd olunan yol layihələri üçün mümkün həllər hazırlamaq üçün məsləhət dəstəyi verəcək.

Layihələr Ermənistan Respublikası Hökumətinin “Sülh Yollarının Kəsişməsi” təşəbbüsü çərçivəsində həyata keçirilir və regional nəqliyyat əlaqələrinin inkişafına, Ermənistanın etibarlı nəqliyyat və logistika mərkəzi kimi rolunun gücləndirilməsinə, eləcə də Avropa İttifaqının Bağlantı Gündəliyinin təşviqinə töhfə verməyi hədəfləyir.

Protokolu Avropa Komissiyasından Adrienne Kiraly, Ermənistandan nəqliyyat və kommunikasiya nazirinin müavini Christine Galechyan və AYİB və AİB nümayəndələri imzalayıblar”, – deyə bəyanatda bildirilir.

Daha çox göstər
Back to top button