BaşlıcaEkonomika

Ermənistan və ABŞ nümayəndələri ticarət dövriyyəsinin aktivləşdirilməsinə dair məsələləri müzakirə ediblər

Ermənistan Respublikasının Qida Təhlükəsizliyi Müfəttişliyi Orqanının rəhbəri Tiqran Petrosyan Ankaradakı ABŞ səfirliyinin kənd təsərrüfatı məsələləri üzrə (USDA) ticarət nümayəndəsi Rişan Çaudhrini, Gürcüstandakı ABŞ səfirliyinin kənd təsərrüfatı məsələləri üzrə (USDA) baş mütəxəssisi Demna Dzhirkvadzeni və Ermənistandakı ABŞ səfirliyinin iqtisadi və ticarət şöbəsinin rəhbəri Edvard Eykleri qəbul edib.

Ermənistan Respublikası Qida Təhlükəsizliyi Müfəttişliyi Orqanının yaydığı məlumatdan öyrənildiyinə görə, görüş zamanı Ermənistandan ABŞ-a, habelə Türkiyə ərazisindən tranzitlə digər ölkələrə daşınan kənd təsərrüfatı məhsullarının, çiçəklərin ixracı, fitosanitar sertifikatların verilməsi, malların izlənilməsinin təmin edilməsi, TRACES sistemində təsərrüfat subyektlərinin qeydiyyatı, məhsullarda qalıq maddələrin maksimum icazə verilən miqdarı və laboratoriya imkanlarının inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafına mane olan problemləri nəzərdən keçirərək, onların aradan qaldırılması istiqamətində birgə addımların atılmasının vacibliyini vurğulayıblar.

İki ölkənin səlahiyyətli orqanları arasında əməkdaşlığın dərinləşdirilməsi barədə razılıq əldə olunub ki, bu da ticarət dövriyyəsinin aktivləşdirilməsinə, iqtisadi əlaqələrin möhkəmləndirilməsinə və bazarın çoxtərəfli inkişafına töhfə verəcək.

Daha çox göstər
Back to top button