BaşlıcaEkonomika

Avrasiya İnkişaf Bankı 11 dövlətlə coğrafiyasını genişləndirəcək – Gürcüstan və Azərbaycanı da əhatə etməklə

Avrasiya İnkişaf Bankının 2031-ci ilədək yeni strategiyası bankın 11 dövlətdə iştirakının coğrafiyasının genişləndirilməsini nəzərdə tutur, o cümlədən Gürcüstan, Azərbaycan, Monqolustan, Fars körfəzi ölkələri.

Bununla belə, gələcəkdə onların hamısı bankın səhmdarı olmayacaq.

Alınan məlumata görə, bu barədə jurnalistlərə Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədri Nikolay Podquzov İnkişaf Bankının illik yığıncağı və işgüzar konfransı çərçivəsində məlumat verib.

“Bankın Şurası 11 dövlətlə bankın coğrafiyasının mümkün genişləndirilməsini təsdiq edib. Bunlar region ölkələridir, məsələn Monqolustan, Azərbaycan, Gürcüstan, Türkiyə və Türkmənistan. Həmçinin Körfəz ölkələri – Bəhreyn, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Əmirliklər… Biz tamhüquqlu regional inkişaf bankı olmaq istəyirik” – deyə onun sözlərini TASS sitat gətirir.

Podquzov vurğulayıb ki, 11 dövlətin hamısının mütləq Aİİin səhmdarları tərkibinə daxil olması şərt deyil. “Növbəti strateji dövr üçün üç yeni səhmdarımız var ki, onların sırasında Oman Sultanlığı da var” – deyə o, əlavə edib.

Podquzov qonşu ölkələr – Ermənistan, Qazaxıstan, Rusiya, Belarus, Özbəkistan və Qırğızıstanla iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu qeyd edib.

Daha çox göstər
Back to top button