BaşlıcaTəhlil

İran mənbəyi Nikol Paşinyanın Tehranda Əli Xameneyinin vida mərasiminə qatılacağını bildirir: Baş nazirin aparatı şərh vermir

İran mənbələrinin məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan İranın keçmiş ali rəhbəri Ayətullah Əli Xameneyinin vida mərasimində iştirak edəcək.

 İran KİV-lərinin məlumatına görə, bu barədə ISNA agentliyinə İran parlamentinin erməni əsilli deputatı Ara Şahverdyan bildirib. “

“Cənab Purmohəmmədi və mənim Paşinyanla Ermənistana səfərimiz zamanı keçirdiyimiz görüşdə o, inqilabın şəhid rəhbərinin dəfn mərasimində iştirak etməyə hazır olduğunu bildirdi.

Erməni icması İranda demək olar ki, aprelin 19-da şəhid imamın dəfn mərasimini təşkil edən ilk icma oldu. Bu mərasim atəşkəs gününə təsadüf etdi. Amma biz bu mərasimi əvvəlcədən planlaşdırmışdıq” – deyə o bildirib.

O, qeyd edib ki, “erməni icmasının dəfn mərasimi üçün ayrıca proqramı yoxdur. İcmanın nümayəndələri də elan olunan mərasimlərdə iştirak edəcəklər”.

. Ermənistanın Baş naziri Nikol Paşinyanın mərasimdə iştirakına toxunan Şahverdyan qeyd edib: “İran-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri vəzifəsində mənim və İran-Ermənistan birgə iqtisadi nümayəndə heyətinin rəhbəri doktor Purmohəmmədinin Ermənistana səfəri zamanı Ermənistan Baş naziri və onun müavini ilə ikitərəfli görüşdə onlar mərasimdə iştirak edəcəklərini bildirdilər”.

. Ermənistan Baş nazirinin aparatı Tehran səfəri ilə bağlı məlumatı şərh etmir. Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan Factor TV-yə bildirib:

 “Baş nazirin fəaliyyəti ilə bağlı məlumat müvafiq qaydada dərc olunacaq”. KİV-in məlumatına görə, Əli Xameneyinin anım mərasimləri Tehranda şənbə və bazar günləri Mosalla namaz kompleksində – dövlət dini böyük toplantıları üçün nəzərdə tutulmuş şəhərin əsas məkanında başlayacaq.

 İyulun 7-də yürüş İranda şiə ilahiyyatı mərkəzi və dünyada şiələrin ən mühüm seminariya şəhəri olan Qom şəhərinə doğru hərəkət edəcək. Xameneyinin cəsədi iyulun 9-da onun vətəni Məşhəd şəhərində torpağa tapşırılacaq.

Mənbə factor.am

Daha çox göstər
Back to top button