
Parlamentin sədr müavini Ruben Rubinyan Parlament sədri seçiləcəyi təqdirdə Türkiyə ilə münasibətlərin normallaşması prosesində Ermənistanın xüsusi nümayəndəsi vəzifəsini davam etdirməyəcək.
“Armenpress”in məlumatına görə, Rubinyan bunu jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
“Parlamentin sədrliyinə namizəd seçildiyim üçün, əgər bu vəzifəyə seçilsəm, Türkiyə ilə danışıqlarda Ermənistanın xüsusi nümayəndəsi olaraq qalmayacağam”, – deyə Rubinyan bildirib.
Bu vəzifədə onu kimin əvəz edə biləcəyi soruşulduqda, Rubinyan hazırda heç bir məlumata malik olmadığını bildirib.
“Bildiyim qədəri ilə kimin olacağı hələlik məlum deyil. Təbii ki, Baş nazir və hökumət qərar verəcək”, – deyə Parlamentin sədr müavini qeyd edib.







