BaşlıcaEkonomika

Ermənistan və Rusiya ticarət-iqtisadi münasibətlərin hazırkı inkişafını müzakirə ediblər

Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan Rusiya Federasiyasına səfəri çərçivəsində Rusiyanın Sənaye və ticarət naziri Anton Alixanov ilə görüşüb.

Alınan məlumata görə, bu barədə Ermənistan Respublikasının İqtisadiyyat nazirliyi məlumat yayıb.

Görüş zamanı iki ölkə arasında ticarət-iqtisadi münasibətlərin hazırkı inkişafı, sənaye əlaqələrinin genişləndirilməsi və investisiya layihələrinin təşviqi məsələləri müzakirə olunub.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

İkitərəfli ticarət-iqtisadi əlaqələrin və sənaye sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə konstruktiv dialoqun davam etdirilməsinə hazır olduqları bir daha təsdiqlənib.

Daha çox göstər
Back to top button