Ermənistan rus turistlər üçün ən büdcəli istiqamətlər siyahısına daxil olub

2026-cı ilin birinci yarısında rus qadınlar arasında tək səyahət etmə tələbi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 47% artıb. RF qadınları ən çox tək turlarla Türkiyə və Misirə gedirlər.
Bu barədə paket turların bronlaşdırılması xidməti Onlinetours-un araşdırmasında deyilir, rus TASS agentliyi araşdırma ilə tanış olub.
Araşdırmaya görə, tək səyahətlər üçün ən bahalı istiqamətlər Avstraliyadır (bir tur üçün 1,05 milyon rubl), Seyşel adaları (orta çek 286 min rubl) və Maldiv adalarıdır (282 min rubl). Ən büdcəli səfərlər Belarusiyadır (48,9 min rubl), Ermənistan (60,9 min rubl) və Azərbaycandır (71,2 min rubl).
Şirkətdə yekunlaşdırıblar ki, ən məşhur istiqamətlərin top-20 siyahısına təkcə ənənəvi çimərlik kurortları daxil deyil.
Materik Çini, məsafəyə baxmayaraq, bronlaşmaların 2%-ni tutub. MDB ölkələrinə maraq artır: Ermənistan, Azərbaycan və Qazaxıstan uzaq səfərlərə büdcəli alternativ kimi geniş populyarlıq qazanır.






