
“Kommersant” yazır ki, Rusiyada konyak istehsalı iyunda illik müqayisədə 26,67 faiz azalıb.
Ekspertlər bunu, digər səbəblərlə yanaşı, mayın sonunda erməni konyak spirtinə qoyulan məhdudiyyətlərlə əlaqələndirirlər. Məhz bu spirtdən rus konyakı istehsal olunur.
Bu qısa müddət ərzində rus istehsalçıları konyak qablaşdırılması üçün zəruri olan xammal təchizatı zəncirlərini yenidən qura bilməyiblər” – deyə qəzet yazır.
İstehsal həcmlərinə həmçinin konyaka ümumi tələbatın əhəmiyyətli dərəcədə bahalaşma səbəbindən azalması da təsir edir.
2026-cı ilin əvvəlindən ən azı üç il yaşlandırılmış konyakın minimum pərakəndə satış qiyməti 16 faiz artırılıb.







