Gürcüstanda nə qədər erməni yaşayır

Gürcüstanın ümumi əhalisinin sayında etnik gürcülərin payı son on ildə 86,8%-dən 84,1%-ə qədər azalıb, baxmayaraq ki, onların ümumi sayı 2,5% artaraq 3,3 milyona çatıb.
Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin dərc etdiyi 2024-cü il əhalinin siyahıyaalmasının yekun nəticələri sübut edir.
Bu məlumatlara görə, Gürcüstanın əhalisi 3,93 milyon nəfərdir – 2014-cü ildəki 3,71 milyona qarşı.
Böyüklüyünə görə ikinci etnik qrup olaraq azərbaycanlılar qalır – 268,8 min nəfər və ya ölkə əhalisinin 6,8%-i.
Onların sayı on ildə 15,4% artıb. Üçüncü yeri ermənilər tutur, onların sayı 0,7% artaraq 169,3 min nəfərə çatıb, əhalidəki payı isə 4,3% təşkil edir” – deyə “Novosti-Gruziya” xəbər verir.
Əcnəbilər arasında ən böyük qrupu ruslar təşkil edir – 37,7 min nəfər. Onlardan sonra Hindistan (23,9 min) və Ukrayna (11,5 min) vətəndaşları gəlir.
İlk onluğa həmçinin Azərbaycan, Ermənistan, Türkiyə, Belarus, İran, İsrail və İordaniya vətəndaşları da daxildir.
Siyahıyaalma ölkənin dini quruluşunda da dəyişikliklər qeydə alıb. Erməni Opostol Kilsəsinin ziyarətçilərinin sayı 6,7% azalaraq 101 min 736 nəfərə çatıb.
Dərc olunmuş məlumatlar eyni zamanda göstərir ki, gürcü dili əhalinin böyük əksəriyyəti üçün ana dili olaraq qalır – 3,34 milyon nəfər onu ana dili kimi qeyd edib.
Azərbaycan dili 265,5 min əhali üçün ana dili, erməni dili isə 139,4 min nəfər üçün ana dilidir.
Eyni zamanda, demək olar ki, 183 min nəfər hətta minimum səviyyədə gürcü dilini bilmir.
Onların arasında 118 mindən çox adam var ki, onların ana dili azərbaycandır, təxminən 43 min nəfərin ana dili ermənicədir və 11 mindən çoxunun ana dili ruscadır.
Mənbə factor.am







