
Rusiya bank sistemi “partlayıcı” böhranla üzləşə bilər, çünki banklar hərbi iqtisadiyyatın xərclərinin böyük hissəsini öz üzərinə götürürlər.
Reuters-in verdiyi məlumata görə, bu, Avropa ölkələrindən birinin kəşfiyyatının gizli hesabatında deyilir.
Qeyd olunur ki, hesabat avropalı rəsmilər üçün iyun ayında, AB sanksiyalarının 21-ci paketinin hazırlanması ərəfəsində hazırlanıb.
Hesabata görə, Rusiya hakimiyyəti bankları müdafiə müəssisələrinə, regional dövlət layihələrinə və mənzil alıcılarına subsidiyalı kreditlər verməyə məcbur edir.
Bildirilir ki, iqtisadi şok, məsələn, banklara qarşı sanksiyalar paketi tətbiq edildikdə yarana bilər.
Reuters yazır ki, Rusiya Mərkəzi Bankı hesabatın nəticələrini şərh etməkdən imtina edib.
AB sanksiyalarının 21-ci paketi iyulda qəbul edilə bilər. Yeni sanksiyalar altına demək olar ki, 90 bank düşə bilər, bu halda beynəlxalq əlaqələri olan bütün rus banklarının yarıdan çoxu məhdudiyyətlər altına düşəcək.
Bundan başqa, paketə kriptovalyuta şəbəkələri, pilotsuz aparat istehsalçıları, neft ticarəti ilə məşğul olan şirkətlər və neft emalı zavodları daxil edilə bilər.







