
Ermənistan bir tərəfdən neft və qaz ehtiyatlarına görə dünyada üçüncü ölkə olan İranla qonşudurç yuxarıda isə bu sahədə nüfuzlu ölkələrdən biri olan Rusiya dayanır. Düşünürəm ki, bütün bu potensial bir-birini tamamlayaraq Ermənistanın enerji sektorunda unikal tranzit nöqtəsinə çevrilməsinə imkan verir. İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bunu mətbuat konfransında Ermənistanda yeni nüvə elektrik stansiyasının tikintisi ilə bağlı müzakirələrə toxunaraq bildirib.
Bu kontekstdə jurnalist Ermənistanın mühüm enerji tərəfdaşı kimi İranın Ermənistan üçün hansı yolu daha faydalı hesab etdiyini soruşub: regional əməkdaşlıq, yoxsa regiondankənar texnoloji təsirdən asılılığın dərinləşməsi?
Səfir xatırladıb ki, hazırda Ermənistan Respublikası ilə İran İslam Respublikası arasında enerji sektorunda müxtəlif müzakirələr aparılır və bu müzakirələr və ideyalar həm qaz, həm də enerji sektorlarına, nəqliyyat və tranzitə, eləcə də neft məhsulları sektorunda əməkdaşlıq məsələlərinə aiddir.
Səfir bildirib: “Yeni ideyalar və yeni planlar var və əgər hər iki tərəf zəruri və real iradə nümayiş etdirərsə, inanıram ki, enerji tranziti və Ermənistanın enerji potensialının dərinləşdirilməsi baxımından Ermənistan tamamilə yeni bir mövqedə ola bilər”.







