
Verilən məlumata görə, iyulun 9-da “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyanın həbs-qayda tədbiri məsələsi ilə bağlı məhkəmə iclası keçirilib.
İttiham tərəfi Samvel Karapetyanın ev həbsinin üç ay müddətinə uzadılmasını tələb edib, lakin məhkəmə ev həbsi müddətini iki ay müddətinə uzatmaq qərarına gəlib.
Hakim həmçinin bildirib ki, ev həbsi zamanı Samvel Karapetyanın əvvəlki qərarlarda cinayət icraatı çərçivəsində adları çəkilən şəxslərlə əlaqəsi qadağandır, qalan şəxslərlə əlaqəsinə icazə verilir.
Samvel Karapetyana hakimiyyəti zorla ələ keçirməyə və konstitusiya quruluşunu devirməyə açıq çağırışlar etmək, sonradan isə pul yuması maddəsi ilə də ittiham irəli sürülüb.
Karapetyan 2025-ci il iyunun 19-da iki ay müddətinə həbs edilib. 2026-cı ilin yanvarında onun həbs-qayda tədbiri dəyişdirilib, onun barəsində ev həbsi tətbiq edilib və 2026-cı ilin aprelində bu ev həbsi daha üç ay müddətinə uzadılıb.







