Başlıcaİctimaiyyət

Rusiya Dövlət Duması cinayət törətmiş miqrantlara vətəndaşlıq verilməsini qadağan edən qanun qəbul edib

Rusiya Dövlət Duması Rusiyada və ya xaricdə cinayət törətmiş əcnəbilərə vətəndaşlıq verilməsini qadağan edən qanun qəbul edib.

Verilən məlumata görə, bu barədə “RİA Novosti” agentliyi xəbər verir. Cinayətin ağırlığından asılı olmayaraq, bu, həm də müvəqqəti yaşayış və daimi yaşayış icazələrinin verilməsindən imtina üçün əsas olacaq.

Bundan əlavə, 14 yaşı tamam olmuş miqrantlar Daxili İşlər Nazirliyinin yerli bölmələrinə məhkumluğunun olmaması barədə arayış təqdim etməlidirlər.

 Bu arayış onların mənşə ölkəsində, Rusiyada müvəqqəti yaşayış və ya daimi yaşayış icazəsi almaq üçün ərizə verməzdən əvvəlki üç aydan tez olmayaraq verilməlidir.

Cinayət törətmiş şəxslər müvafiq təsdiqedici sənəd təqdim etməlidirlər.

İstisnalar 14 yaşından kiçik olan, qaçqın və ya siyasi sığınacaq və ya müvəqqəti sığınacaq almış şəxslər, Rusiya Silahlı Qüvvələrində müqaviləli hərbi qulluqçu olan və ya onların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş əcnəbilər, habelə artıq belə arayış təqdim etmiş şəxslər üçün qüvvədədir.

Bütün bu müddəalar vətəndaşlığı olmayan şəxslərə də aiddir. Qanun ukraynalılar üçün keçid dövrü nəzərdə tutur – onlar iki il ərzində məhkumluğun olmaması barədə arayış təqdim edə bilməzlər.

Daha çox göstər
Back to top button