
Ermənistanı təmsil edən güləşçilər iyulun 27-dən avqustun 2-dək Bakıda M17 yaş qrupunda dünya çempionatında iştirak edəcəklər.
Alınan məlumata görə, bu barədə Ermənistan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb. Komandalar yarış yerinə aşağıdakı tərkiblə yollanacaqlar:
Sərbəst güləş: 51 kq Murad Qaribyan, 55 kq David Baleyan, 60 kq Qrişa Gevorgyan, 65 kq Erik Papikyan, 71 kq Varujan Aslanyan, 80 kq Vaçe Aslanyan.
Yunan-Roma güləşi: 45 kq Vazgen Vardanyan, 48 kq Ararat Avetisyan, 51 kq Gevorg Harutyunyan, 55 kq Geğam Yeğiazaryan, 60 kq Artuş Petrosyan, 65 kq Vazgen Mnatsakanyan, 71 kq Janes Nazaryan, 80 kq Vahe Hoveyan, 92 kq Aleksan Şaljyan, 110 kq Xaçik Xaçatryan.







